Жизнь с "чуть-чуть"

Брюллов тронул кистью этюд ученика.

— Вот чуть-чуть тронули, учитель, и всё стало совершенно другим.

— Искусство, сынок, зарождается с «чуть-чуть».

Годы бесцеремонны: они не спрашивают разрешения, прежде чем прикоснуться. Касаются тихо, почти незаметно — и там, где вчера ещё ничего не было, сегодня появляется штрих. Картина, которую пишешь всю жизнь, вдруг оказывается немного другой, хотя, кажется, ты в ней ничего не менял.

Оглядываясь на прошедший год, я не ищу тот самый штрих. Я просто вижу: картина живая, она меняется — значит, ещё пишется. 

И, может быть, искусство не в том, чтобы удержать краски прежними — это всё равно невозможно, — а в том, чтобы с любопытством смотреть, какой сделает её следующий штрих.

Сегодня мне на год больше — а значит, и на год ближе к тому, чтобы однажды увидеть эту картину целиком.Спасибо всем, кто в ней есть, и тем, кого уже нет, но без кого эта картина была бы другой.


Bryullov fırçasını şagirdin etüdünə toxundurdu.

— Baxın, ustad, azca toxundunuz, amma rəsm tamam dəyişdi.
— Sənət elə azcadan başlayır, oğlum.

İllər heç kəsdən icazə almır. Sakitcə, gözə görünmədən toxunur; dünən hələ olmayan bir cizgi bu gün qəfil rəsmin bir parçasına çevrilir. 

Qəribəsi də budur ki, bəzən bütün mənzərənin mənası məhz belə, əvvəlcədən nəzərdə tutulmamış bir cizgidən sonra dəyişir.

Ötən ilə nəzər salanda mən o dəyişiklikləri axtarmıram. Sadəcə görürəm: rəsm yaşayır, dəyişir — deməli, hələ tamamlanmayıb.

Bəlkə də sənət boyaları əvvəlki kimi saxlamaqda deyil — bu, onsuz da mümkünsüzdür. Sənət gələcək cizginin bu mənzərəyə nə qatacağını maraqla izləməkdədir.

Yaşım bir il də artdı — deməli, bu rəsmi bir gün bütöv görəcəyim ana da bir addım yaxınlaşdım.Bu mənzərənin bir parçası olan hər kəsə və artıq aramızda olmayan, amma izi olmasaydı, bu mənzərənin özü də başqa cür olardı deyəcəyimiz insanlara təşəkkür edirəm.